Türkiyə İdlib atəşkəsini pozan qruplara


Dünya 13 Fev 2020 21:42:00 134 0

Türkiyə İdlib atəşkəsini pozan qruplara

Türkiyə müdafiə naziri Hulusi Akarın cümə axşamı Rusiyanın tənqidinə cavab olaraq Türkiyənin Suriyanın şimal-şərq İdlib regionunda atəşkəsi pozan üsyançı qruplara qarşı gücdən istifadə edəcəyini söylədiyi bildirilir.

Türkiyə prezidenti Tayyib Ərdoğan çərşənbə axşamı deyib ki, Türkiyə bir əsgərinin belə xəsarət alacağı təqdirdə Suriyanın hər bir yerində Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrini havadan, ya da qurudan vuracaq. Son bir həftə ərzində Suriya qüvvələri tərəfindən 13 Türkiyə qoşunu öldürülüb.

Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Rusiya Türkiyəni Moskva ilə Suriya ilə bağlı əldə etdiyi razılıqlara məhəl qoymamaqda və İdlibdəki vəziyyəti çətinləşdirməkdə günahlandırıb. Kreml bildirib ki, Ankara 2018-ci il razılığına əsasən orada militantları neytrallaşdıra bilməyib. Həmin razılığa əsasən orada de-eskalasiya zonası yaradılmalı idi.

Dövlətə məxsus Anadolu xəbər agentliyinin məlumatına görə, Akar Rusiyanın tənqidinə cavab olaraq deyib ki, Türkiyə regionda atəşkəsə əməl olunduğunu təmin və əraziyə "nəzarət etmək" məqsədilə İdlibə əlavə qüvvə göndərir.

"Atəşkəsi pozanlara, o cümlədən radikallara qarşı gücdən istifadə olunacaq, hər bir tədbir görüləcək" - deyə, Akar yanvarın 12-də əldə olunan atəşkəsə istnadən bildirib. Ankara Əsədin qüvvələrinin həmin atəşkəsi pozduğunu bildirir. Ankara ötən həftədən bəri İdlbdəki hərbi postlarına 1000-dən çox qoşun göndərib.

Ərdoğan çərşənbə günü deyib ki, Ankara münaqişədə dəstək olduğu üsyançılara "nizamsız" şəkildə hərəkət etməməyə və Suriya qüvvələrinə hücum etmələri üçüm bəhanə verməməyə çağırıb.