Küldən yetişdirilən brilyant


Digərləri 13 Fev 2020 21:36:00 128 0

Küldən yetişdirilən brilyant

Texas ştatında fəaliyyət göstərən bir startap şirkəti sevdiklərini əzizləmək istəyənlərə unikal bir yol təqdim edir. Şirkət yandırılan cəsədlərin küllərini brilyanta çevirir. İnsan, hətta ev heyvanlarının külü laboratoriyada yetişən almazlar üçün başlanğıc materialdır.

"Bilirsiniz, mənim həyatımda 4 il yalnız Kloye var idi və o, mənim həyatımı tamamilə dəyişdi" deyə, Dori Herman bildirir.

Kloyeni götürmək qərarı Dori Hermanın it həvəskarları cəmiyyətinə daxil olmasına yol açdıb və nəticədə bugünkü xeyriyyə işinə ilham verib. Buna görə də Kloye öldükdən sonra Dori Herman onun külünün bir hissəsinin brilyanta çevrilməsinə qərar verib. "Ev heyvanınızın xatirəsini gözəl bir şəkildə qorumaq üçün onların küllərini rəfimdə saxlamaq əvəzinə, bundan yaxşı yol yoxdur."

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu brilyantları "Eterneva" adlı startap laboratoriyasında yetişdirmək mümkündür. "Eterneva"nın icraedici direktoru Adel Arçer: "Biz karbonu küldən və ya tükdən ayıırır, bundan sonra saç və ya xəzdən də brilyant yetişdiririk."

Laboratoriyada yetişdirilən brilyantların kimyəvi tərkibi təbii şəraitdə yetişən brilyantlarla eynidir və eyni təmizlikdədir.

Adel Arçer bundan əvvəl ən yaxın dostu vəfat edəndə də brilyant istehsal edən laboratoriyada işləmişdi. "Treysi mənim üçün ikinci ana kimi idi. O mənim həyatımdakı ən yaxın insanlardan biri olduğu üçün onun külünün bir hissəsini aldım. Bir brilyant mütəxəssisi ilə məsləhətləşdim və o mənə `bu küldə karbon var. Edə biləcəyimiz şey Treysinin külündən karbonu çıxartmaqdır və ondan sonra sənə həmin karbondan bir almaz yetişdirə bilərik` dedi" deyə, Adel Arçer bildirir.