Üç uşaq anası təyyarədə aşağılandı, 76 kq arıqladı FOTO


Digərləri 13 Fev 2020 21:01:00 105 0

Üç uşaq anası təyyarədə aşağılandı, 76 kq arıqladı  FOTO

Kanadalı Kelsi Bonas 76 kq arıqlayıb. Onun dediyinə görə, təyyarədə olarkən təhlükəsizlik kəməri belinə gəlmədiyi üçün aşağılanandan, ələ salınandan sonra arıqlamağa qərar vermişdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Ontariodan olan 32 yaşlı Kelsi ərə gedərək Britaniyada yaşamağa başlayandan sonra kökəlməyə başlamışdı. Fast-fuda dadanan qadın gündə 4 min kaloriyə qədər yemək yeyirdi.

"Gündə iki-üç dəfə McDonalds-a gedirdim. Nəticədə çəkim 136 kq-a çatdı. Köklüyüm uşaqlarımla oynamağıma imkan vermirdi. Təyyarədə qarnım böyük olduğundan təhlükəsizdik kəmərini bağlaya bilmədim. Arıqlamağa qərar verdim.  Əvvəllər də pəhriz saxlayırdım, amma sonra yenidən kökəlirdim", - Kelsi deyib.

Burgenlərdən imtina edərək sağlam qidalanmağa başlayandan və mədə şuntlaması əməliyyatından sonra o, arıqlamağa başlayıb.