Resident Evil serialının süjet detalları şəbəkəyə sızdırdı –


Digərləri 13 Fev 2020 21:10:00 135 0

Resident Evil serialının süjet detalları şəbəkəyə sızdırdı –

Bu yaxınlarda "Netflix" tərəfindən istehsal olunan "Resident Evil" serialı haqqında məlumatlar internetdə yayılıb.

Son.az ted.az-a istinadən bildirir ki, serialın süjeti barədə yayımlanan məlumat səlahiyyəti olan "Netflix" şirkəti tərəfindən silinib.

"Netflix" tərəfindən silinən mənbəyə görə, "Resident Evil"ə əsaslanan serialın əsas personajları  Albert Veskerin iki qızı - Ceyd və Billi olacaq. Qeyd etmək lazımdır ki, film məşhur franşizanın qanunları üzərində qurulmayacaq. İnsayderin sözlərinə görə, 2022-ci ilə aid süjetdə Vesker və qızları Raccom 2 şəhərinə köçəcəklər və süjet xətti məhz bunun üstündə qurulacaq.

Filmin əsas hadisələri 2036-cı il üçün nəzərdə tutulub - dünya altı milyarda yaxın zombilər tərəfindən tutulur. Sağ qalan insanlar dünyanın müxtəlif sivilizasiya mərkəzlərində məğlublar kimi yerləşirlər.