ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib


Dünya 13 Fev 2020 20:58:00 102 0

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Dövlət Departamentinin Federal reyestrində dərc olunub. 

Sanksiyaya məruz qalan şirkətlər Tula şəhərindəki Şipunov adına Cihazqayırma Konstruksiya Bürosu, Maşınqayırma Elmi-İstehsalat Birliyi və "Kumertausk Aviasiya istehsalı müəssisəsi" Açıq Səhmdar Cəmiyyətidir.