Amsterdamda daha bir bombalı məktub partlayıb


Dünya 13 Fev 2020 19:00:51 129 0

Amsterdamda daha bir bombalı məktub partlayıb

Amsterdamda daha bir bombalı məktub partlayıb

Amsterdamda növbəti dəfə bombalı məktub partlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “İNGBank”ın şəhər ofisində baş verən kiçik partlayışda zərərçəkən olmayıb.

Polisin məlumatına görə, hadisə yerində bir nəfər tüstünü tənəffüs etdiyinə görə ehtiyat tədbiri olaraq tibbi təciliyardım göndərilib.

Xatırladaq ki, dünən səhər saatlarında Amsterdamda bir ofisdə, habelə Kerkrade şəhərində poçt bölməsində də məktublar partlayıb.

Qeyd edək ki, dekabr ayının sonu - yanvarın əvvəllərində də Amsterdam, Rotterdam, Utrext, Maastrixt şəhərlərində yerləşən müxtəlif iş yerlərində 7məktub partlayıb.