Cəlilabad sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü


Digərləri 13 Fev 2020 17:48:00 159 0

Cəlilabad sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü

Cəlilabad rayon sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinar kənd sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-17" markalı ov tüfəngi aşkar edilərək götürülüb.