Çingiz Qənizadənin dairəsinin nəticələri


Digərləri 13 Fev 2020 16:54:00 193 0

Çingiz Qənizadənin dairəsinin nəticələri

80 saylı İmişli-Beyleqan Seçki dairəsində seçkinin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.

Mİlli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, bəzi seçki məmtəqələrində seçki bülletenləri əvvəlcədən kəsilmiş, barmaqlar rənglənməmiş, müşahidəçilərin səsvermənin hesabıanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.