Britaniyanın maliyyə naziri istefa verdi


Dünya 13 Fev 2020 16:44:10 126 0

Britaniyanın maliyyə naziri istefa verdi

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verib.

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklər çərçivəsində istefa verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Yeni maliyyə naziri kimi Rişi Sunakın təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Britaniyanın baş naziri Boris Conson hökumətdə dəyişikliklər həyata keçirir. Nazirlər Kabinetinin yeni tərkibi fevralın 14-də keçiriləcək iclasda bir araya gələcək.