"“Whatsapp”da “status” deyə bir yer var, onu tapmışam, ancaq orada paylaşıram"


Şou-biznes 13 Fev 2020 15:36:00 166 0

"“Whatsapp”da “status” deyə bir yer var, onu tapmışam, ancaq orada paylaşıram"

Bir ara filmləri çox tənqid edirdik, indi deyirik ki, kaş nəsə olaydı, tərifləyərdik. Fərdi olaraq hər kəs cəhd edir. Ümumi film bazarı diriləcəkmi? Çox böyük sualdır.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri tədbirlərin birində jurnalistlərə açıqlamasında aktyor Elməddin Cəfərov deyib.

Bir neçə gün öncə səhhətində problem yaranan sənətçi bu barədə açıqlama verib:

"Eşitmə qabiliyyətimdə problem yaranmışdı. Qulağım şişmişdi, iltihab yaranmışdı. Tutulmuşdu, iki proseslə yoluna qoydular. Bu gün ayağa qalxmışam. Duran kimi də tədbirə gəldim".

"Ailəmiz" serialını ərsəyə gətirən E.Cəfərov onlara gələn rəylərdən söz açıb:

"Bu dəfə özüm çəkilmirəm. Amma müsbət rəylər alırıq. Televiziyadakı reytinqləri çox yaxşıdır, lakin sosial media ilə bağlı o sözü hələki deyə bilmərəm. İnşallah əla olacaq".