Restoranda qızın ətəyinin altını çəkən kişi kameraya düşdü VİDEO


Dünya 13 Fev 2020 15:08:00 158 0

Restoranda qızın ətəyinin altını çəkən kişi kameraya düşdü  VİDEO

Fəstfud restoranında növbə gözləyərkən qarşısındakı yeniyetmənin ətəkaltı görüntülərini çəkən kişi polis tərəfindən saxlanılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatının Tampa şəhərində yerləşən "Chipotle" adlı fəstfud restoranında 40 yaşlı kişi əxlaqsızlıq edib.

Belə ki, orta yaşlı kişi yemək növbəsi gözləyərkən qarşısında dayanan yeniyetmə qızın ətəyinin altının şəklini çəkib. Qız bunu hiss etməsə də, təhlükəsizlik kamerasını izləyən şəxslər həmin görüntüləri polisə təqdim ediblər.

Araşdırmalar nəticəsində ətəkaltı görüntülər çəkən şəxsin Michael Benson adlı şəxs olduğu aşkarlanıb. O, qısa müddət sonra polis tərəfindən saxlanılıb.

Son.az sözügedən görüntüləri təqdim edir: