Evli kişidən uşaq doğan tələbə qız: "Bibilərim deyir ki, get fahişəlik et, pul qazan"


Digərləri 13 Fev 2020 10:34:06 193 0

Evli kişidən uşaq doğan tələbə qız: "Bibilərim deyir ki, get fahişəlik et, pul qazan"

Evli kişidən uşaq dünyaya gətirən Səlihət qohumlarının təzyiqi ilə üz-üzə qalıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib.

Tənha ananın sözlərinə görə, bibiləri və əmisi onları yaşadıqları ata evindən çıxarmaq istəyir. Qohumlar ata yurdunda atası bilinməyən uşağın yaşamasına etiraz edirlər.

Səlihət bibilərinin onu əxlaqsızlığa sövq etdiyini deyir:

"Bibilərim mənə deyir ki, qanunsuz uşaq doğmusan. Mən səhvimi qəbul edirəm. Mənim səhvim Elşənə inanmağımdır. Amma onlar bibi kimi mənə arxa durmadılar. Əksinə, məni kənddə pislədilər. Beş bibim, bir əmim məni kənddən qovub, torpağımızı, evimizi əlimizdən almaq istəyirlər. Bibilərim deyir ki, pis yola get, pul qazan, özünə varlı kişi tap. Öz bibilərim mənə bunu deyirsə, Elşən kimilər nə deyəcək?"