48,2 min nəfər koronavirusa yoluxub


Dünya 13 Fev 2020 08:28:00 160 0

48,2 min nəfər koronavirusa yoluxub

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48,2 minə çatıb, 3441 nəfər xəstəxanlardan evə buraxılıb, 1310 nəfər dünyasını dəyişib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat verib.

Əyalətdə 14840 yeni yoluxma faktı təsdiqlənib. Xəstəxanlarda 33 mindən çox insan müalicə olunur. Onlardan 5647-si ağır vəziyyətdədir.