Gəncədə iki ədəd mərmi tapıldı FOTO


Digərləri 12 Fev 2020 19:54:00 135 0

Gəncədə iki ədəd mərmi tapıldı  FOTO

2020-ci il 12 fevral tarixində saat 09:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, köhnə avtomobil bazarının qarşısından uzunluğu 1 metr olan 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Son.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və Səhiyyə Nazirliyinin Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Gəncə Regional Bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Gilizlərin ətrafında 55 kv.m əraziyə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.