İranın şimalında güclü zəlzələ oldu


Dünya 12 Fev 2020 18:44:00 134 0

İranın şimalında güclü zəlzələ oldu

"İranın şimalında yerləşən Gilan vilayətinin Şəft rayonunda 4,5 bal gücündə zəlzələ baş verib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:23 dəqiqədə 18 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.