Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istəyi baş tutmadı


Digərləri 12 Fev 2020 18:24:00 146 0

Siqaretləri gizli şəkildə ölkəyə keçirmək istəyi baş tutmadı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz C200" markalı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı isə avtomobilin yük yerində "KING" markalı 6000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.