Gəncə sakini yarım kiloqrama yaxın marixuana ilə tutuldu


Digərləri 12 Fev 2020 18:09:00 128 0

Gəncə sakini yarım kiloqrama yaxın marixuana ilə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yardımçı təsərrüfatından əlavə olaraq 465 qram marixuana aşkar edilərək götürülüb.