Fransada koronavirusa yoluxanların sayı beşə çatıb


Dünya 30 Yan 2020 00:13:24 117 0

Fransada koronavirusa yoluxanların sayı beşə çatıb

​Fransada koronavirusa yoluxanların sayı beşə çatıb

Fransada koronavirusa yoluxanların sayı beşə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Anyes Buzen deyib.

Onun sözlərinə görə, xəstə 80 yaşlı çinli qadının qızıdır.

O, yanvarın 28-i ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 6 mini ötüb, ölənlərin sayı isə 133 nəfərə çatıb.