Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli? Professor aydınlıq gətirdi


Digərləri 29 Yan 2020 23:50:00 222 0

Tibbi maskalar virusdan qoruyurmu, necə istifadə etməli?  Professor aydınlıq gətirdi

Hazırda yayılmış kəskin respirator virus infeksiyalarından qorunmaq üçün insanlar müxtəlif üsullardan istifadə edir. Bunlardan biri də qoruyucu maskalardır. Demək olar ki, küçəyə çıxarkən qoruyucu maskalardan istifadə edən xeyli insanla rastlaşırıq. Bəs tibbi maskalar viruslara qarşı nə dərəcədə effektlidir?

Son.az bildirir ki, mövzu ilə əlaqədar professor Adil Qeybulla, medicina.az-a açıqlama verib.

Onun sözlərinə görə maskalardan düzgün istifadə etmək lazımdır:

"Virusların əksəriyyəti hava-damcı yolu ilə yayılır. Maskalar isə havadakı virusları keçirtmədiyi üçün effektlidir. Bu maskalar virusların yayılmasının qarşısını almaqda xüsusi kömək etmiş olur. Lakin maskalardan daimi istifadəyə ehtiyac yoxdur. İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, metroda və s. taxmaq lazımdır. Bəzən insanlar xəstə olarkən ev şəraitində də maskadan istifadə edirlər. Evdə qoruyucu maska taxmağa ehtiyac yoxdur. Onun əvəzində otağın havasını dəyişmək, otağa gün işığının düşməsini təmin etmək lazımdır".

Professor kəskin respirator viruslardan qorunmaq üçün tək maskadan istifadə deyil, digər tədbirlərin görülməsinin də vacib olduğunu qeyd edib: