Rusiya ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək


Dünya 29 Yan 2020 23:34:00 127 0

Rusiya ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilərin məcburi qaydada daktiloskopiya prosedurundan keçməsini və tibbi arayış təqdim etməsini planlaşdırır.

Bu barədə DİN-in Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər xəstəliklərin yayılması ilə əlaqədardır.

Hazırda Rusiyaya işləmək və ya bu ölkədə müvəqqəti yaşamaq hüququ, eləcə də Rusiya vətəndaşlığı almaq istəyən şəxslər tibbi arayış təqdim edirlər.