İt sahibəsini koronavirusdan belə xilas etdi Kuryoz olay


Digərləri 29 Yan 2020 22:34:00 165 0

İt sahibəsini koronavirusdan belə xilas etdi  Kuryoz olay

45 yaşlı qadın koronavirusun epidemik mərkəzi olan Çinin Yuhan şəhərinə getməkdən son anda qurtulub.

Son.az medicina.az-a istinadən bildirir ki, Tayvan sakini 13 yanvarda Çinə aldığı biletləri evə gətirdikdən sonra, Kimi adlı iti onun pasport və biletlərini gəmirərək yararsız hala salıb.

Bu vəziyyətə çox qəzəblənən qadın 1 gün sonra gedəcəyi şəhərin naməlum virusa görə karantinə bağlandığını eşidəndə şoka düşüb.

Qadın sevincindən itinin onun xilas etməsini sosial şəbəkələrdən və mətbuatdan bəyan edərək, ev heyvanlarının insanları xilas etdiyini bir daha təsdiqləyib.