Rusiyada koronavirusla mübarizə üçün qərargah yaradılıb


Dünya 29 Yan 2020 22:10:00 107 0

Rusiyada koronavirusla mübarizə üçün qərargah yaradılıb

Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusun ölkəyə gətirilməsinin qarşısını almaq üçün yaradılan qərargahın tərkibini təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş Nazirin müavini Tatyana Qolikovanın rəhbərlik etdiyi qərargaha Daxili İşlər, Fövqəladə Hallar, Xarici İşlər, Səhiyyə nazirliklərinin, Xarici Kəşfiyyat, Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin və digər idarələrin rəhbərləri daxildirlər.