Azərbaycanda 1,5 milyon manata it satılır FOTO


Digərləri 29 Yan 2020 21:48:00 207 0

Azərbaycanda 1,5 milyon manata it satılır  FOTO

Heyvanlar arasında itlər insanların ən yaxşı dostları hesab olunur. Bu heyvanlardan müxtəlf sahədə istifadə edilir. Bəziləri itlərdən evləri qorumaq, bəziləri isə ferma və ovda köməkçi kimi faydalanır.

Bununla yanaşı evdə nadir və təmiz cins it saxlamağa üstünlük verənlər də az deyil. Bu itlər isə digərlərindən qiymət baxımından baha olur. Dünyada olduğu kimi Azərbaycanda da nadir cins itlər satışdadır.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Tibet mastifi cinsi potensial sahiblərinə təklif olunan ən bahalı itdir. Elanlara görə, bu heyvanı almaq istəyən şəxslər yaşından və çəkisindən asılı olaraq 59 min AZN - 1,5 milyon AZN arasında xərc çəkməlidirlər.

Qeyd edək ki, Tibet mastifi dünyanın ən bahalı və qədim it cinslərindən biridir. Tibet mastifi iri köpəklər cinsi molossun "ulu baba"sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış. Tibet mastifi qoyunları bəbirdən qorumaq üçün Hindistan, Çin, Nepal və Tibetdə yerli qəbilələr tərəfindən istifadə edilir.