Tbilisinin azərbaycanlı nəqliyyat işçisi fəxri ada layiq görülüb


Dünya 29 Yan 2020 18:51:32 132 0

Tbilisinin azərbaycanlı nəqliyyat işçisi fəxri ada layiq görülüb

Abbas Qurban oğlu Qurbanov işlədiyi Tbilisi Nəqliyyat Şirkəti tərəfindən mükafatlandırılıb.

Abbas Qurban oğlu Qurbanov işlədiyiTbilisi Nəqliyyat Şirkəti tərəfindənmükafatlandırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəqliyyat işçisi şirkətin “Fəxri əməkdaşı” adına layiq görülüb.

A.Qurbanov fəxri fərmanla Tbilisi şəhər nəqliyyatının inkişafındakı xidmətlərinə görə təltif olunub.

Azərbaycanlı nəqliyyat işçisi uzun illərdir Tbilisi Nəqliyyat Şirkətinin Kanat Yolu Xidmətinin texniki şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır.