Bakıda qeyriadi kurs: Qadınlara intim həzz almağı öyrədirlər


Digərləri 29 Yan 2020 16:35:00 447 0

Bakıda qeyriadi kurs: Qadınlara intim həzz almağı öyrədirlər

Bakıda qadınların intim bacarıqlarını artırmaq məqsədilə intim gimnastika dərsləri təşkil edilir, 1news.az məlumat yayıb.

Son.az Baku.WS-ə istinadən xəbər verir ki, gimnastika dərsləri Marcina Jumati adlı şəxs tərəfindən keçirilir. Marcina deyir ki, bu kurslar Azərbaycanda barəsində danışılmayan bir çox faydalı məlumatları insanlara verir:

"Mən Dubayda yaşayan azərbaycanlılardan da bir müddət əvvəl dəvət almışdım və onlara, o cümlədən ərəb xanımlara vumbildiq öyrətmək şansım olub. Dubayda həddən artıq bahalı həyat keçirdiyim üçün qayıtmaq qərarına gəldim.

Bu dərs proqramı mənə məxsusdur, kurslarda əldə olunan biliklərdən istifadə edərək intim gimnasitikanı yaratmışam. Bu simulyatorları mənə Vumbildinq Federasiyası verir və mən də öz növbəmdə tələbələrimə təklif edirəm".