Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı


Digərləri 29 Yan 2020 15:12:30 125 0

Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı

Ukrayna təbii qazın tədarük mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır

Bakı. Ləman Zeynalova - “Cənub Qaz Dəhlizi”nə qoşulacağı təqdirdə, Ukrayna qaz kəmərinin gücünün artırılmasının ikinci və üçüncü mərhələləri çərçivəsində Azərbaycandan qaz ala biləcək. Bunu Trend-ə Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən deyiblər. Nazirlikdən bildiriblər ki, Ukrayna təbii qazın tədarük mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır: “Bundan başqa, biz xam neftin tədarük olunması məsələləri üzrə əməkdaşlığın genişlənməsində maraqlıyıq və Azərbaycandan Ukraynaya mayeləşdirilmiş təbii qazın nəqli imkanlarını nəzərdən keçirməyə hazırıq”.