Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir


Digərləri 29 Yan 2020 11:41:00 285 0

Mikayıl Cabbarov: Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir

Dünya İqtisadi Forumu unikal bir platformadır.

Bakı. Dünya İqtisadi Forumu unikal bir platformadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumuna hər il dəvət alan və xüsusi sessiyalarda iştirak edən dünya liderləri sırasındadır. Trend-in məlumatına görə, bunu İctimai Televiziyada "Diqqət mərkəzində" verilişində qonaq olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, Azərbaycan iqtisadi maraqlar prizmasından dayanıqlı inkişaf məqsədlərini əsas götürərək Davos Forumunun işindən maksimal dərəcədə faydalanmağa çalışır: "Bu, həmin formatda bir sıra səbəblərə görə mümkün olur. Birincisi ona görə ki, forumda dünya biznes liderləri, regiona marağı olan şirkətlərin, beynəlxalq inkişaf qurumlarının rəhbərləri, nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində keçirilən istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlərdə, müzakirələrdə, sessiyalarda bu və ya digər ölkələrin iqtisadiyyatı ilə bağlı birbaşa müzakirələr aparılır, vacib və mühüm investisiya layihələri təqdim edilir. Bir sözlə, qərarlar qəbul edilir və rəy formalaşır. Ona görə də düşünürəm ki, ölkəmiz üçün Dünya İqtisadi Forumunun əsas əhəmiyyəti məhz bu imkanlardan mümkün qədər geniş istifadə etməkdir". M.Cabbarov qeyd edib ki, Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir: