Fransada nümayişlərdə istifadə olunan "GLİF4" qumbaraları qadağan edilib


Dünya 29 Yan 2020 06:30:00 114 0

Fransada nümayişlərdə istifadə olunan "GLİF4" qumbaraları qadağan edilib

Fransada nümayişlərdə partlayıcı və gözyaşardıcı "GLİ-F4" qumbaralarından istifadə olunması qadağan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa Daxili işlər naziri Kristof Kastaner bu haqda yerli televiziya kanalında məlumat verib.

Nazir hələ 2018-ci ildə "GLİ-F4" qumbaralarının tədricən istifadədən çıxarılacağını bəyan etmişdi. Bildirib ki, son aylar polislər bu qumbaradan istifadə etməyə məcbur qalıblar. Nümayişlərdə bədxah qrupların dağıdılması məqsədi ilə istifadə olunan "GLİ-F4" qumbaraları nümayişçilər tərəfindən yaxşı tanınmadığı üçün onlar belə qumbaraları əllərinə götürüb və nəticədə ciddi yaralanıblar. Buna görə bu qumbara istifadədən çıxarılacaq.

Qeyd edilir ki, "GLİ-F4" qumbaralarının tərkibində 165 desibeldən 5 metrə qədər güclü partlayış doğuran 25 qram tolit (TNT) var. Bu qumbaralar tərkibində tolit olmayan, pirotexnik partlayıcıdan ibarət olan "GM2L" qumbaraları ilə əvəz olunacaq.