Ağ Ev Yaxın Şərqdə "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib


Digərləri 29 Yan 2020 04:28:00 121 0

Ağ Ev Yaxın Şərqdə "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib

Ağ Ev öz saytında Yaxın Şərqdə vəziyyətin nizamlanmasını nəzərdə tutan "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib

Bakı. Ağ Ev öz saytında Yaxın Şərqdə vəziyyətin nizamlanmasını nəzərdə tutan "əsrin müqaviləsi" üzrə təklifləri dərc edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 180-dən artıq səhifəlik sənəd sərhədlər, Qüdsün statusu, ABŞ prezidenti Donald Trampın iqtisadi planı, təhlükəsizlik, sərhəd keçidləri, Qəzanı statusu da daxil olmaqla 23 bölmədən ibarətdir. Sənəddə həmçinin azad ticarət zonası, ABŞ ilə ticarət razılaşmaları, limanların statusu, Ölü dəniz, su ehtiyatları, məhkumlar və qaçqınlar, təhsil, qarşılıqlı tanıma və israillilər və fələstinlilər arasında münasibətlər, mövcud iddiaların həlli və gələcək danışıqların keçirilməsi qaydalarına dair də bölmələr var. Plana "konseptual" xəritələr və təhlükəsizlik və demilitarizasiya meyarlarının təsviri əlavə edilib.