Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur


Digərləri 28 Yan 2020 17:05:00 179 0

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Dəmir yolunda sanitar-epidemoloji tədbirlər gücləndirilib.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronavirus 2019-nCoV virusuna qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür:

"Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitar-epidemioloji tədbirlər aparılır. Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb. Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitar-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır".

QSC-dən bildirilib ki, ölkədaxili və beynəlxalq hərəkət edən qatarlarda lazımi tədbirlər görülür: