Antarktida yenidən tədqiq olunacaq


Dünya 28 Yan 2020 16:43:00 141 0

Antarktida yenidən tədqiq olunacaq

Rusiya Hərbi-Dəniz Donanması bu il həyata keçirəcəyi dünya səyahəti çərçivəsində Antarktidanı yenidən tədqiq edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, 6 ay davam edəcək dünya səyahəti qitənin kəşf olunmasının 200 illiyinə həsr olunub.

Qeyd edilir ki, ekspedisiya zamanı Antarktidada irimiqyaslı hidroqrafik və hidroloji tədqiqatlar aparılacaq.

Bundan başqa, cənub maqnit qütbünün yerinin müəyyənləşdirilməsi həyata keçiriləcək.

Tədqiqat zamanı duzluluq, temperatur, səsin suda yayılması, Antarktidanın atmosferinin fiziki xüsusiyyətləri kimi göstəricilər tədqiq olunacaq.