İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı


Dünya 28 Yan 2020 15:24:00 122 0

İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

İranın Yəzd vilayətində iki əcnəbi vətəndaş xəstəxanada yatırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Tehranda tibb universitetləri rektorlarının iclasında deyib.

S.Nəməkinin sözlərinə görə, Çin vətəndaşı 12 gün öncə nəzarətə götürülüb və onunla təmasda olan bir Almaniya vətəndaşı da zorla xəstəxanada yatırılıb.

Nəməki əlavə edib ki, analizlər nəticəsində onların koronavirusuna yoluxmadığı müəyyənləşib.