İranda zəlzələ oldu


Digərləri 28 Yan 2020 12:51:21 115 0

İranda zəlzələ oldu

Zəlzələ yerli vaxtla saat 11:42-də 15 km dərinlikdə qeydə alınıb

Bakı. İranın İsfahan vilayətinin Bərzok rayonunda 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 11:42-də 15 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib.