“Üç fərqli qadını sevmişəm”


Şou-biznes 28 Yan 2020 11:45:00 155 0

“Üç fərqli qadını sevmişəm”

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqlarından biri də müğənni Nazim Pişyari olub. Son.az bildirir ki, sevginin sayı və məhdudiyyətindən danışan Nazim Pişyari həyatında 3 qadını sevdiyini və bundan heç də məyus olmadığını bildirib: "İnsanlar müxtəlif olduğuna görə onların sevgi anlayışı da fərqli olur. Mən dostlardan fərqli olaraq danışıram, nə varsa, onu da deyirəm. Subyektiv fikirlərimdir. Həyatımda 3 dəfə sevmişəm. Ayrı-ayrı qadınlar olub hamısı. Bundan heç də məyus deyiləm. Kimsə deyirsə ki, həyatımda bir dəfə sevmişəm, xeyr. Mən 3 dəfə sevmişəm".