Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb


Digərləri 28 Yan 2020 11:42:05 115 0

Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

Sistemdə fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq

Bakı. İlhamə İsabalayeva - AMEA-da “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb. Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi ölkə Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb. R.Əliquliyev qeyd edib ki, 2019-cu ilin martından başlayaraq, bu işin elektronlaşdırılması həyata keçirilib və ötən ilin oktyabr ayında layihə Rəyasət Heyətinə təqdim olunub: "Bu sistem institunun saytında yerləşdirilib. Həmin sistemin bir hissəsi AMEA-nın saytında yerləşdiriləcək. Bu sistem vasitəsilə elmi işçilər özləri haqqında müxtəlif istiqamətlər üzrə suallara cavab verəcəklər. Ancaq sistemdə bütün elmi işçilər haqqında deyil, elmi fəaliyyət ilə məşğul olan kadrlar haqqında məlumat olacaq. Sistemdə fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".