Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək


Digərləri 28 Yan 2020 10:56:40 103 0

Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək

Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə start verilib

Bakı. İlhamə İsabalayeva - Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. İxtisasartırma təlimlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-dən çox ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək. Təlimi uğurla tamamlamış müəllimlərə yekun qiymətləndirmənin nəticələrinə görə sertifikat veriləcək.