Bakıda 2 nəfər küçədə bıçaqlandı


Digərləri 28 Yan 2020 10:03:00 117 0

Bakıda 2 nəfər küçədə bıçaqlandı

Bakıda 2 nəfər bıçaqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. M.Nərimanov küçəsi 20/56 ünvanında 1990-cı il təvəllüdlü Həsənov Cavidan Qurban oğlu tanışları, 1984-cü il təvəllüdlü Cəfərov Gündüz Cəlil oğlu və 1988-ci il təvəllüdlü Cəfərov Tural Faiq oğlunu bıçaqlayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.