Afət Həsənovanın seçicilərlə görüşləri davam edir (FOTO)


Digərləri 28 Yan 2020 09:08:49 150 0

Afət Həsənovanın seçicilərlə görüşləri davam edir (FOTO)

Seçicilərlə növbəti səmimi görüş Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində keçirildi

Bakı. 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənovanın seçiciləri ilə görüşləri davam edir. Trend-in məlumatına əsasən, seçicilərlə növbəti səmimi görüş Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində keçirildi. Afət Həsənova görüşdə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətində əldə edilən hər bir uğurun Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü oldunu bildirdi. O, həmçinin görüşdə özü haqqında da məlumat verdi, təklif və problemləri dinlənildi, onları maraqlandıran sualları cavablandırdı. Onları 9 fevralda seçiciləri səsvermə günü fəal olmağa çağırdı.