Gəncədə iki qardaş birbirinə bıçaqla xəsarət yetirib


Digərləri 28 Yan 2020 08:32:00 138 0

Gəncədə iki qardaş birbirinə bıçaqla xəsarət yetirib

Gəncədə bıçaqlanma olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüldü Osmanlı Fərid Firuz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəya lazımi tibbi yardım göstərilib. 20 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs yaşadğı evdə qardaşı ilə dava edib. Hadisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Fərid Osmanlını bıçaqlayan qardaşı da xəsarət alıb.