“Apple” brauzerində boşluq aşkarlanıb


Digərləri 28 Yan 2020 08:21:00 125 0

“Apple” brauzerində boşluq aşkarlanıb

"Google" şirkətinin kibertəhlükəsizlik xidməti "Apple" şirkətinin "Safari" brauzerində çoxsaylı boşluqlar aşkarlayıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, səhvlər "Apple" brauzerinə quraşdırılan "Intelligent Tracking Prevention" (ITP) izləmədən mühafizə sistemində aşkarlanıb.

Məlumata görə, 2017-ci ildə "Safari" brauzerində istifadəyə verilən "ITP" funksiyası istifadəçilərin saytlar arasında keçidini izləyən internet dinləmə qurğularının bloklanması üçün nəzərdə tutulub. Lakin məlum olub ki, "Apple" sistemi özü izləmə aləti qismində çıxış edə bilər.

"Google" mütəxəssisləri cinayətkarlar tərəfindən brauzerdəki səhvlərdən mümkün istifadənin beş senarisini təsvir ediblər. Ekspertlərin sözlərinə görə, "ITP" daxil olunan saytlar barədə məlumatı aydın şəkildə saxlayır ki, bu da hakerlərə unikal rəqəmli barmaq izi yaratmağa və konkret istifadəçinin aktivliyini izləməyə imkan verir. Bundan başqa, "Apple" sistemində digər səhvlərə görə axtarış sorğuları barədə məlumatları əldə etmək mümkün olub.