“Swiss Post” məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib


Digərləri 28 Yan 2020 07:01:00 122 0

“Swiss Post” məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib

İsveçrə poçtu məktub və tibbi analizlərin dronlarla çatdırılması xidmətini bərpa edib. "Swiss Post" 2019-cu ilin iyulunda insanların həyatı üçün təhlükə yaratmış "Matternet M2 V9" pilotsuz təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bu xidmətin fəaliyyətini dayandırmışdı.   Son.az ictnews.az-a istinadən bildirir ki, məktub və tibbi analizlərin dronlarla çatdırılması xidməti 2020-ci il yanvarın 27-dən öz işinə başlayacaq. "Swiss Post" və "Matternet" bütün mövcud olan dronları sınaqdan keçirərək onların texniki vəziyyətlərinin yaxşı olduğu və insanlar üçün təhlükə yaratmadığı qənaətinə gəliblər.   Bundan başqa, 2020-ci ilin mart ayının sonunadək İsveçrədə "Matternet" pilotsuz təyyarələrinin uçuş təhlükəsizliyinə nəzarət edəcək əlavə nəzarət orqanı yaradılacaq.   "Swiss Post" bağlamaları 2017-ci ildən "Matternet M2 V9" dronları ilə daşıyır. 10 kq ağırlığında olan "Matternet M2 V9" dronları çəkisi 2 kq-dək olan bağlamaları 10 km-dək məsafəyə daşıya bilir. Bu halda qurğu qəza vəziyyəti yarandıqda paraşüt sistemi ilə təchiz edilib.