Ərdoğan: “Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır”


Dünya 27 Yan 2020 23:40:21 138 0

Ərdoğan: “Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır”

​Ərdoğan: “Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır”

“Liviyanın qanunsuz silahlı birləşmələrinin lideri Xəlifə Haftar bu ölkədə atəşkəs rejiminin pozulmasında məsuliyyət daşıyır”.

“Report” xəbər verir ki, bunu Əlcəzairdən Qambiyaya qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Moskvada olduğu kimi Berlində də danışıqlardan qaçan Haftar atəşkəs rejimini pozur. Liviyada sülhün hökm sürməsi üçün Haftarı dayandırmaq lazımdır", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Haftar "Liviyada çox pis hərəkətlər" edir və Ankarada onun addımlarını izləyirlər.

Türkiyə lideri əlavə edib ki, rəsmi Ankara (Liviyada vəziyyətin yaxşılaşması üçün) təşəbbüslərini davam etdirəcək.