"Terminator Tape" hazırlanıb


Digərləri 27 Yan 2020 23:46:00 176 0

"Terminator Tape" hazırlanıb

1950-ci illərdən bu günə qədər kosmosa minlərlə raket və çox sayda peyk göndərilib. Raketlərin dağıntılarından və yararsız peyklərdən yaşadığımız planetdə böyük bir zibillik yaranıb. Yer planeti hazırda kosmik zibillik təhlükəsi ilə üz-üzədir.

Son.az xəbər verir ki, bu zibilliyin qarşısını almaq üçün ABŞ-ın Vaşinqton əyalətində yerləşən "Tethers Unlimited" şirkəti "Terminator Tape" adlanan bir cihaz hazırlayıb.

Bu alət təxminən 70 metrlik elektrik keçirici lentdən ibarətdir. Lent sayəsində sürtünmə qüvvəsi artır və peykin Yer kürəsinə düşməsi təmin olunur.

"Tethers Unlimited" şirkətinin baş icraçı direktoru Rob Hoyt təkmilləşdirdikləri cihazın kosmos zibillərini təmizləmək üçün əhəmiyyətli bir missiyanı həyata keçirəcəyini bildirib.