Koronavirusdan necə qorunmaq olar? ƏLAMƏTLƏRİ NƏDİR?


Digərləri 27 Yan 2020 23:50:00 181 0

Koronavirusdan necə qorunmaq olar?  ƏLAMƏTLƏRİ NƏDİR?

Virusun ilk dəfə Çinin 11 milyonluq Vuhan şəhərində dəniz məhsulları bazarında heyvandan insan keçdiyi iddia edilir.

Son.az xəbər verir ki, heyvandan insana keçən bu xəstələyin daha sonra tənəffüs yolu ilə insandan insana da keçdiyi məlum oldu.

Əlamətləri:

Burun axmağı, baş ağrısı, öskürək, boğaz ağrısı, qızdırma, nəfəs darlığı və tənəffüs zamanı çətinlik.

Hazırda xəstəliyi müalicə edən heç bir dərman və ya peyvənd tapılmayıb. Sadəcə simptomların qarşısını almaq üçün müalicələr aparılır. Xəstəliyə yoluxmamaq üçün bəzi profilaktik tədbirlər köməyinizə çata bilər: Tənəffüs yolları xəstəliyi olan insanlarla ünsiyyətdən qaçın, əllərinizi hər dəfə 20 saniyədən az olmamaqla sabunla tez-tez yuyun və dezinfeksiyaedici məhlullarla silin, fermada və ya təbiətdə heyvanlarla birbaşa təmasdan qorunun, öskürərkən və ya asqırarkən kağız salfetlə ağzınızı və burnunuzu tutun, ətrafınızdakılardan da bunu tələb edin.