"Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək"


Digərləri 27 Yan 2020 13:21:00 125 0

"Müəllimlərin sertifikasiyası mərhələli həyata keçiriləcək"

Müəllimlərin sertifikasiyası ilə bağlı yeni qaydaların növbəti aylarda təsdiq olunacağını hesab edirik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra - 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq:

"Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır. Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq, ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq".