Diaqnostik qiymətləndirmədən keçən psixoloqlarla bağlı təkliflər hazırlanacaq


Digərləri 27 Yan 2020 13:32:00 122 0

Diaqnostik qiymətləndirmədən keçən psixoloqlarla bağlı təkliflər hazırlanacaq

Ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədən keçən psixoloqların əməyinin stimullaşdırılması üçün təkliflər hazırlayacaq. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, ötən ilin dekabr ayında Azərbaycanda fəaliyyətdə olan 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirilməsi keçirilib. Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaların təqdim edildiyini deyən C.Bayramov əlavə edib ki, psixoloqların əməkhaqqısı diaqnostik qiymətləndirmədən keçən müəllimlərdən fərqli şəkildə müəyyən edilir: