Xəzər dənizində quş ovu qadağan edildi


Digərləri 27 Yan 2020 12:01:20 107 0

Xəzər dənizində quş ovu qadağan edildi

Xəzər dənizində köçəri quşların qeyri-adi şəkildə tələfatını nəzərə alaraq vilayətin şərqində köçəri quşların ovu qadağan edilib.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Mazandaran vilayətinin Miyankala yarımadasının ətrafında Xəzər dənizində köçəri quşların qeyri-adi şəkildə tələfatını nəzərə alaraq vilayətin şərqində köçəri quşların ovu qadağan edilib. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayətinin ətraf mühitin mühafizəsi idarəsinin baş direktoru İbrahim Karnami deyib. İ.Karnaminin sözlərinə görə, insan sağlamlığının qorunması məqsədilə Feridunkənar rayonunda köçəri quşların satışı bazarının fəaliyyəti dayandırılıb.