Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi FOTO


Digərləri 27 Yan 2020 11:26:00 123 0

Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi  FOTO

İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən "Land of Fire" komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası "St. Moritz" komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsilçimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançılarımızın şiddətli müqaviməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq "Land of Fire" komandası finala vəsiqə qazanıb.

Günün ikinci oyununda "Mazerati" komandası "Badrutt's Palace Hotel" komandasına qalib gəlib.

Turnir proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən olunması üçün "Mazerati" və "Badrutt's Pa-lace Hotel" komandaları qarşılaşıblar. Bu görüşdə "Mazerati" komandası öz rəqibindən üstün olub.

Ölkəmizi təmsil edən "Land of Fire" komandası final görüşündə turnirin ən güclü komandası sayılan "St. Moritz" komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.