Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb YENİLƏNİB


Dünya 27 Yan 2020 08:35:00 129 0

Braziliyada daşqınlar qurbanlarının sayı 57 nəfərə çatıb  YENİLƏNİB

08:35

Braziliyanın cənubundakı daşqın qurbanlarının sayı artıq 57 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, 19 nəfər itkin düşüb. Bölgənin 99 şəhərində davam edən yağış təhlükəsinə qarşı fövqəladə vəziyyət elan edilib.

----------

04:32

Braziliyanın Minas-Jerays və Espiritu-Santu ştatlarında şiddətli yağışlar səbəbi ilə yaranan daşqınlar qurbanların sayı 53-ə yüksəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, SDN nəşri ölümlərin 44-nün Minas-Jerays, 9-nun isə Espiritu-Santu ştatında baş verdiyini bildirib.