Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası


Digərləri 27 Yan 2020 07:28:00 150 0

Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası

"Rəngarəng meyvə və tərəvəzlər, xüsusilə çuğundur, eləcə də paxlalı bitkilər özündə çox miqdarda fitonitrient ehtiva edir ki, bu da öz növbəsində qaraciyərin güclənməsinə kömək edir".

Son.az xəbər verir ki, bu sözləri Klivlend Xəstəxanasının həkimi, naturopat Kristin Kirkpatrik qaraciyər sağlamlığı haqqında danışarkən deyib. Mütəxəssis qaraciyər sağlamlığı haqqında 4 vacib tövsiyəni bölüşüb:

Meyvə-tərəvəz

"Sağlam pəhriz sayəsində detoksifikasiyanı dəstəkləyən ferment sistemləri qaraciyərin zərərsizləşdirilməsini dəstəkləyə bilər. Bu, həkimlərin Aralıq dənizi pəhrizini tövsiyə etməsinin səbəblərindən biridir. Paxlalı bitkilər, meyvə və tərəvəz bolluğu Aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir".

Yeməkləri sarımsaq və zeytun yağında bişirin

"Demək olar ki, yediyiniz hər şeyə sarımsaq əlavə etməklə qaraciyərə böyük fayda verirsiniz. Həm sarımsaq, həm də zeytun yağı ümumi sağlamlığı yaxşılaşdırır. Bu da qaraciyərin daha səmərəli işləməsinə kömək edir.

Qidalandırıcı maddələr, minerallar və amin turşular ilə zəngin pəhriz qaraciyərin işini yaxşılaşdırır. Sarımsaq kükürdlü birləşmədir, odur ki, konyuqasiyanın ikinci mərhələsindəki prosesləri dəstəkləyir" , - deyə mütəxəssis əlavə edib. O, çox miqdarda meyvə-tərəvəz, həmçinin balıq ilə rəngarəng pəhrizin vacibliyini vurğulayıb.

Çili istiotu ilə yeməyə ləzzət qatın